Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil

Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Avtomobil Yollarının İstismarı və Təmiri Baş İdarəsinin rəis müavini Hidayət Rüstəmov işğaldan azad olunmuş Laçına daxil olmadan uzunluğu 23 km olan yolun tikintisinə başlanıldığını bildirib.
Avtosfer.az xəbər verir ki, rəis müavini deyib ki, Laçına daxil olmadan çəkilən alternativ yeni yol iki hərəkət zolaqlı olacaq: "Biz rahat hərəkətin təmin edilməsi üçün Laçına daxil olmadan 23 km uzunluğunda dairəvi alternativ yolun tikintisinə başlamışıq".
Bəzi media orqanlarında və sosial şəbəkələrdə bu yolun Laçın dəhlizinə alternativ olaraq çəkilməsi barədə təhriflərə yol verilib.
Hazırda inşasına başlanılan yol Laçın dəhlizinə alternativ deyil: “Həmin yolun bir hissəsi elə Laçın dəhlizindən keçir. Başqa sözlə, Laçın şəhərinə daxil olmadan rahat hərəkəti təmin etmək məqsədi ilə əlavə 23 kilometrlik yol inşa edilir”.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












