Həbsdə dostlaşdığı şəxsin maşınını qaçırıb cinayət törətdi - ŞOK TƏFƏRRUAT

Bakı şəhər Suraxanı rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib.
xəbər verir ki, daha əvvəl Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə məhkum edilmiş və 2018-ci ildə azadlığa çıxan Ceyhun M. həbsxanada tanış olduğu Qaflan V. ilə görüşüb. Həbsxana dostları Qaraçuxur qəsəbəsindəki Veteranlar parkının yaxınlığındakı kafedə görüşüblər və nərd oynamağa başlayblar. Görüşdə Ceyhunun dostu Orxan da iştirak edib.
Nərd oynayan zaman Ceyhun Qaflandan telefonda konturun olub-olmamasını soruşub və danışıb qaytarmaq üçün telefonunu alıb. Telefonla danışa-danışa uzaqlaşan Ceyhun Orxanın icarəyə götürdüyü maşına yaxınlaşaraq sürüb qaçmağa çalışıb. Həbsxana yoldaşınnı onun telefonunu apardığını görən Qaflan müdaxilə etməyə və maşından yapışaraq telefonunu tələb etməyə başlayıb. Ceyhun M. maşını idarə edərək uzaqlaşmağa çalışıb və zərərçəkən şəxsi sürüyərək yerə atıb. Bir qədər sürəndən sonra o, maşını divara vuraraq saxlayıb və düşərək qaçıb.
Bildirilir ki, Ceyhun M. soyğunçuluq yolu ilə əldə etdiyi telefonu Neftçilər metrostansiyası yaxınlığında 100 manata satıb.
Polis tərəfindən saxlanılan Ceyhun M. məsuliyyətə cəlb edilib. Onun barəsində Cinayət Məcəlləsinin 180.1-ci (soyğunçuluq) maddəsi ilə iş açılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












