Həddindən artıq yük götürən avtomobil ətrafa təhlükə saçdı - VİDEO

Dünən Bakıda, Lökbatan dairəsinə yaxın ərazidə yük maşınlarının birinin sürücüsü yükdaşıma qaydalarını kobud şəkildə pozub. O, armaturları asfaltla sürüyüb. Nəticədə asfalta ziyan dəyib, həmçinin digər sürücülər üçün təhlükə yaranıb. Artıq həmin görüntülərdəki avtomobilin tapılması üçün aidiyyəti qurum polisə müraciət edib.
Ağır tonnajlı avtomobilə qabarit ölçülərinə uyğun olmayan material yüklənib. Bu səbəbdən tonlarla çəkisi olan armaturlar yerlə sürünür. Avtomobillərin intensiv hərəkət etdiyi yolda asfalt örtüyünə ciddi ziyan dəyib.
Bu kadrlar dünən Bakı-Qazax avtomagistralında, Lökbatan dairəsinə yaxın ərazidə çəkilib. Yerlə sürünən yük yola ziyan vurmaqla yanaşı, həmin yoldan istifadə edən sürücülər üçün də təhlükə saçıb.
Görüntüdən aydın olur ki, burada Yol Hərəkəti Haqqında qanunun 57-ci maddənin tələbi pozulub. Qanuna görə, daşınan yüklər yer ilə sürünməməli, nəqliyyat vasitəsinin bortundan-banından kənara 1 metrdən artıq çıxmamalıdır. Əgər yüklər 2 metrdən çox kənara çıxarsa, bunun üçün hətta xüsusi razılıq da alınmalıdır.
Lökbatan dairəsində taksi fəaliyyəti ilə məşğul olan şəxslər bildirirlər ki, bu görüntülər onlara yad deyil. Demək olar ki, hər gün yük daşıyan bəzi şəxslər belə qayda pozuntularına yol verirlər
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, artıq qurum həmin görüntülərlə bağlı ölçü götürüb.
Təkcə bu ilin 6 ayı ərzində Bakı şəhərində baş verən 321 yol-nəqliyyat hadisəsi zamanı yol təsərrüfatına 380 min manatlıq ziyan dəyib. Həmin ziyanın böyük hissəsi sığorta şirkətləri tərəfindən qarşılanıb.
Qeyd edək ki, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi artıq görüntülərdəki şəxsin kimliyini müəyyən etmək üçün araşdırmaya başlayıb.
Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI










