Həftəsonu maqnit qasırğası olacaq

13-14 iyunda Günəş aktivliyinin artacağı proqnozlaşdırılır. Avtosfer.az-ın məlumatına görə, ABŞ Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin Kosmik Hava Proqnozlaşdırma Mərkəzi bu barədə açıqlama yayıb. Bildirilib ki, bu günlərdə G1 səviyyəli maqnit pozuntuları mümkündür. Bu, geomaqnit aktivliyin qırmızı səviyyəsinə uyğundur və maqnit qasırğası kimi təsnif edilir. Günəş aktivliyinin bu cür səviyyəsi meteohəssas insanların səhhətinə təsir göstərə bilər. Mütəxəssislər həftəsonu imkan daxilində həddindən artıq fiziki və emosional yüklənmədən çəkinməyi, yuxu rejiminə riayət etməyi, kifayət qədər su içməyi və təmiz havada daha çox vaxt keçirməyi tövsiyə edirlər. İlkin proqnozlara görə, həftəsonundan sonra geomaqnit vəziyyət tədricən sabitləşməyə başlayacaq, Günəş aktivliyinin intensivliyi isə azalacaq.
Şəhid general-mayor Məhəmməd Əsədov – O, erməni naziri necə çaşdırmışdı? - VİDEO
Əli Həsənovun qızı biznesini satmaqdan imtina etdi
"Şəki Yaylası"nda faciəyə görə həbs edilənlər var
Hövsan–Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə naziri dəyişdi, müşavir işindən ayrıldı
Sabah bəzi sürücülər imtahana cəlb olunacaqlar - RƏSMİ
Azərbaycanın qonşusunda COVİD -19 sürətlə YAYILIR
Müdafiə Nazirliyi məlumat yayıb - VİDEO
Lənkəranda üzərində oyuncaq silah gəzdirən şəxs saxlanıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Noyabrda 11 gün İŞ OLMAYACAQ












