Həkim: “Əvvəl kafe-restoranlar bağlanacaq, sonra SMS-icazə olacaq” - VİDEO

Koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmdir və bu, məcbur edir ki, qapanmalara gedilsin.
Bunu ARB24-ün “Nə baş verir?” verilişinə açıqlamasında həkim Rauf Qasımov deyib.
“TƏBİB-in statistikasına əsasən, respublikadakı bütün xəstəxanalar korona xəstələri üçün xidmət göstərsə, təxminən 40 min çarpayı ehtiyatı olar. Bugünkü aktiv xəstə sayı ilə bağlı rəqəmlər onu göstərir ki, biz artıq bu statistikanın yarısını tamamlamışıq. Əksər klinikaların 150-250 nəfərlik çarpayısı var. Gündəlik 2500-ə yaxın insanın virusa yoluxması nəticəsində bir gündə 10 xəstəxana dolur. Belə olan halda isə təbii ki, məcburiyyət qarşısında qapanmalara gediləcək” – deyə, həkim qeyd edib.
Həkim onu da bildirib ki, qapanmalar çərçivəsində SMS icazə sistemi də tətbiq ediləcək:
“Növbəti addım yəqin ki, ənənəvi tədris davam edən universitetlərdə tədrisin dayandırılması, kafe-restoranın bağlanması barədədir. Bu qərarlar nəticəsini verməsə, çox güman ki, daha ciddi addımlar atılacaq, ticarət obyektləri bağlanacaq və SMS-icazə sisteminə keçiləcək”.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












