Həmin keçid yenidən istifadəyə verildi - İşıqfor nə vaxt qoyulacaq? - VİDEO

Xətai rayonu 8 Noyabr prospektində bir müddət əvvəl çoxsaylı qəzaların baş verməsi səbəbindən ləğv edilmiş piyada keçidi bərpa edilib.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, “Socar” yanacaqdoldurma məntəqəsinin yaxınlığındakı keçiddə xətlənmə işləri aparılaraq istifadəyə verilib. Lakin sakinlər burada avtomobillərin sürətlə hərəkət etdiyini və piyadavurma hadisələrinin yenidən təkrarlanacağını bildiriblər.
Ərazidən görüntülər paylaşan jurnalist Ülkər Qasımqızı buraya işıqforun qoyulmasının vacibliyini vurğulayıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Ömər Xıdırov sorğumuza cavab olaraq bildirdi ki, ərazidə işıqforun quraşdırılması planlaşdırılır: “Əməkdaşlarımız tərəfindən ümumilikdə 8 Noyabr prospektində mərhələli şəkildə yeni işıqforlar quraşdırılacaq. Qeyd olunan əraziyə gəldikdə isə, aidiyyəti dövlət qurumu tərəfindən yola piyada zolağı çəkilib və yaxın günlərdə piyada keçidi işıqforla da təmin olunacaq. Artıq işlərə başlanılıb”.
Qeyd edək ki, görüntüdəki ərazidə əvvəllər dəfələrlə piyadaların ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verib. Bu hadisələrin bəzilərinin görüntülərimediada yayılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












