"Həmin qadına maaşının 3 qatını verməsəm, kişi deyiləm" - Ağadadaş Ağayev - VİDEO

Xalq artisti Ağadadaş Ağayev xəstəxana əməkdaşları ilə arasındakı insidentlə bağlı Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdən sonra açıqlama verib.
Avtosfer.az xəbər verir ki, Baku TV-yə danışan Ağadadaş Ağayev bir sıra suallara aydınlıq gətirərək, qarşı tərəflə barışıq məsələsinə də toxunub:
"Mən onu deyə bilərəm ki, Nəzakət xanımın ayağına balta dəyməyib. O, yara almayıb. Nəzakət xanım qadındır, ona çox böyük hörmətim var. Yəqin ki o, sonda mənimlə razılaşacaq. Nurəddinlə düşmən deyiləm, elə bir fikrim də yoxdur. İstəyərdim ki, özləri hər şeyi etiraf etsinlər".
Ağadadaş Ağayev insident zamanı atdığı balta zərbəsindən xəsarət alan və hospitalda xadimə işləyən Nəzakət Paşayevaya istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Ağadadaş Ağayev deyib ki, o, hətta Nəzakət Paşayevanı işlə də təmin edə bilər: "Nəzakət xanım gəlsin, onu işə götürüm. Ona orada aldığı maaşın 3 qatını verməsəm, kişi deyiləm".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












