Həmyerlisinin ölümünə səbəb olan kran sürücüsünün məhkəməsi başlayır

Zaqatalada həmyerlisinin ölümünə səbəb olan kranın sürücüsünün məhkəməsi başlayır.
Bu barədə Avtosfer.az rayon məhkəməsindən məlumat verilib.
Bildirilib ki, iyunun 12-də Zaqatala rayonunun Göyəm kəndində Şəmsəddin İgidovun stasionar qaldırıcı kranın hərəkəti zamanı xəsarət alması və aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
İstintaqla müəyyən edilib ki, Nail Bayramov idarə etdiyi 62-AC-524 dövlət qeydiyyat nişanlı kranla həmkəndlisinin həyətində müəyyən işlər görən zaman kranın sürücü kabinəsini döndərərkən kabinənin arxa hissəsinin orada dayanan digər həmkəndlisi Şəmsəddin İgidova dəyməsi nəticəsində sonuncu xəsarət alıb, göstərilən tibbi yardıma baxmayaraq aldığı xəsarətlərdən ölüb.
Bayramov Nail Nazim oğluna Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi baxılması üçün Zaqatala Rayon Məhkəməsinə göndərilib.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












