Həqiqi hərbi xidmətə qəbul üzrə imtahanlar başladı - MN

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul üzrə imtahanlar başlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, kursa müraciət etmiş namizədlərin seçimi zamanı onların hərbi bilik və bacarıqlarının qiymətləndirilməsi ilə yanaşı müharibə iştirakçılarına üstünlük veriləcək.
İmtahanlara Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələri və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilən şəxslər buraxılıb.
İmtahan prosesinin şəffaf və obyektiv keçirilməsinə nəzarət əsasən Vətən müharibəsi təcrübəsinə malik zabit heyətindən təşkil edilmiş Qəbul komissiyası tərəfindən həyata keçirilir.
Qəbul komissiyası tərəfindən keçirilən imtahanların şəffaflığını və obyektivliyini təmin etmək məqsədi ilə bütün proseslərə video formatda tam nəzarət olunur və iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Təlimata uyğun olaraq namizədlər test suallarından əlavə fiziki hazırlıq, atış və sürücülük bacarıqları üzrə də müəyyən normativləri yerinə yetirirlər.
İmtahan zamanı yaranmış sual və müraciətlər komissiya üzvləri tərəfindən dərhal baxılaraq yerində cavablandırılır.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












