"Hər altı şagirdə bir kompüter düşəcək" - Emin Əmrullayev

"Yaxın 3 il ərzində Azərbaycan məktəblərinə 150 min kompüter veriləcək, son nəticədə isə hər altı şagirdə bir kompüter düşəcək.
Avtosfer.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib. "6 ildir ki, məktəblərdə "Rəqəmsal bacarıqlar layihəsi" həyata keçirilir və 100 minə yaxın şagirdi əhatə edir. Bir neçə il bundan əvvəl vətəndaşlarının kompüterinin olması, onların internetə qoşulması ciddi problem idir. Son dövrlər aparılan işlər nəticəsində hər iki istiqamət üzrə ciddi irəliləyişə nail olduq. Ötən il, bu il və yaxın 3 ildə məktəblərə veriləcək kompüterlərin hesabına hər altı şagirdə bir kompüter düşəcək ki, bu da orta səviyyə deməkdir", - deyə o, qeyd edib. E.Əmrullayevin sözlərinə görə, rəqəmsallıq və təhlükəsizlik məsələləri getdikcə paralellik daşımağa başlayır: 20-30 il əvvəl vətəndaşların riyazi bacarıqları, coğrafi bilikləri biz sevindirirdisə , son dönəmlərdə maliyya savadlılığının, rəqəmsal bacarıqların önəmi artıb".
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ












