Hərbçini qətlə yetirən şəxsə hökm oxundu

Ağstafa rayonunda Azərbaycan ordusunun hərbçisi, müddətdən artıq hərbi qulluqçu Orxan Əlizadəni qətlə yetirən 35 yaşlı Baloğlan Bukvadzeyə hökm oxunub.
Avtosfer.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Bukvadzeyə 11 il 6 ay həbs cəzası verilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinib.
İlkin araşdırmalar zamanı məlum olub ki, Ağstafanın Saloğlu qəsəbəsində küçədə B.Bukavadze ilə rayonun Düzqışlaq kənd sakini Şamxal Həmidovun avtomobilləri üz-üzə gəlib. Yolun ensiz olması səbəbindən onlardan biri digərinə güzəştə getməli olsa da, tərəflər arasında mübahisə başlayıb.
Bu zaman B.Bukvadze ilə digər avtomobildəki sərnişin Orxan Əlizadə arasında münaqişə yaranıb. Münaqişə zəminində sürücü hərbi qulluqçu olan Orxana zərbə endirib.
Yerə yıxılan Orxanın başı qaz borusuna dəyib və ağır xəsarət alıb. Xəstəxanaya çatdırılan hərbçi orada vəfat edib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












