Hərbi Qənimətlər Parkının açılışı Moldova KİV-də geniş işıqlandırılıb

Moldovanın bir neçə aparıcı, böyük auditoriyaya malik olan informasiya portallarında (noi.md, dosug.md) Bakıda Hərbi Qənimətlər parkının açılışı barədə rus və rumın dillərində silsilə xəbərlər dərc olunub.
Avtosfer.az xəbər verir ki, noi.md saytında «Алиев показал обломки российских «Искандеров» из Нагорного Карабаха» başlığı ilə dərc olunan xəbərdə Prezident İlham Əliyev tərəfindən Bakıda Hərbi Qənimətlər parkının açılış olunduğu, parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, 300-dən çox eksponat, o cümlədən 150-dən çox ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahların və hərbi nəqliyyatın sərgiləndiyi bildirilir.
Eyni zamanda, Şuşaya atılan Rusiya istehsalı olan «İskəndər-M» raketlərinin Ermənistanın haradan əldə etdiyi barədə Prezident İlham Əliyevin sualı və bu suala ölkəmizin cavab gözlədiyi qeyd olunur.
Dosug.md saytında «Азербайджан оценил армянские потери в технике из-за войны в Карабахе» adlı yazı işıqlandırılıb. Yazıda sonuncu Dağlıq Qarabağ müharibəsi gedişində düşmənin məhv edilmiş və hərbi qənimət kimi götürülmüş hərbi texnikasının dəyəri Azərbaycan tərəfindən 5 milyard dollar cıvarında qiymətləndirildiyi qeyd olunur. Bununla yanaşı xəbərdə Prezident İlham Əliyevin sözlərinə istinadən bildirilir ki, Ermənistan uzun illər hərbi texnikanı digər ölkələrdən «hədiyyə» qismində aldığı müddətdə, Azərbaycan bütün texnikanı öz vəsaiti hesabına əldə edib. Həmçinin yazıda Hərbi Qənimətlər parkında Şuşaya atılan Rusiya istehsalı olan «İskəndər -M» raketlərinin qalıqlarının nümayiş olunduğu və bu qalıqların Ermənistan tərəfindən haradan əldə olunduğu barədə sualına ölkəmizin cavab gözlədiyi vurğulanır.
Dərc olunan xəbərlər ilə ətraflı tanış olmaq aşağıdakı linklərdən mümkündür.
https://noi.md/ru/v-mire/aliev-pokazal-oblomki-rossijskih-iskanderov-iz-nagornogo-karabaha
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












