Hərəkət qabiliyyəti olmayan vətəndaşa birinci qrup əlillik niyə verilmir? - AÇIQLAMA

Azərbaycanda hərəkət qabiliyyəti olmayan, hətta sərbəst qidalana bilməyən xəstəyə 1-ci qrup əlillik vermirlər.
Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Məsələ barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq.
Qurumun Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Vəliyev Fərhad Aqil oğlu 04.03.2021-ci il tarixində əlilliyin qiymətləndirilməsi ilə bağlı göndərişinə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilib:
“Vətəndaşın müayinə və müalicə məlumatları əsasında “Forma 88” səhiyyə müəssisəsi tərəfindən tərtib olunaraq nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürüldükdən sonra əlilliyin qiymətləndirilməsi aparılır. Səhiyyə müəssisəsi tərəfindən tərtib olunan “Forma 88” birinci dərəcə əlillik təyinatına əsas vermir”.
“Xəstənin nə səbəbdən yataq rejimində olduğu, ətraflarının hərəkət qabiliyyətsizliyi, nevropatoloq müayinəsi, ətraflarda əzələ gücü və hansı tipli iflicin olması və ya iflic olmaması barədə heç bir məlumat yoxdur.
Bu səbəblərdən vətəndaşın əlillik müddəti 5 illik uzadılaraq, ikinci dərəcə əlilliyi qüvvədə saxlanılıb”, - deyə agentlikdən qeyd edilib.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












