Hesabat: İndiyədək Azərbaycanın 54, Rusiyanın 2, Ermənistanın 1 vətəndaşı minaya düşüb

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyi Azərbaycan Respublikası ərazisində minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən insanların vahid Məlumat Bazasının yaradlıması və onların problemlərinin öyrənilərək bu problemlərin həll olunması sahəsində mütəmadi fəaliyyətini davam etdirir.
Minalar Əleyhinə Azərbaycan Kampaniyasından Avtosfer.az-a bildirilib ki, təşkilat tərəfindən rəsmi strukturlardan, regional koordinatorlardan və digər mənbələrdən alınmış məlumatlar nəticəsində 2021-ci ilin aprel ayında 8 hadisə nəticəsində 12 nəfərin minalardan zərər çəkdiyini qeydə alınıb.
Nəticədə bir mülki şəxs və bir hərbçi həlak olub, dörd mülki şəxs və altı hərbçi yaralanıb. 2021-ci ilin aprel ayında minalarla bağlı hadisələr Ağdam, Tər-tər, Qubadlı və Zəngilan rayonlarının ərazisində baş verib.
Ümumilikdə 2021-ci ilin ötən dövründə Azərbaycan Respublikası 54 vətəndaşının minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb.
Bundan başqa, 2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının ərazisində Ermənistan Fövqəladə Hallar Nazirliyinin (FHN) bir nəfər əməkdaşı və Rusiya sülhməramlılarının iki hərbçisi də mina partlayışı zamanı yaralanıb.
"Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bir daha əhaliyə müraciət edərək xahiş edir ki, işğaldan azad olunmuş ərazilərə səfər etməsinlər, partlamamış hərbi sursatlara toxunmasınlar", məlumatda bildirilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












