Hesablama Palatası Naxçıvan Ali Məclisində nöqsanlar aşkarlayıb

Hesablama Palatası 2024-cü il üzrə İş planına uyğun olaraq Naxçıvan Muxtar Respublikası AIi Məclisində dövlət vəsaitinin və əmlakının istifadəsinin hüquqi aktlara uyğunluğuna dair audit aparıb.
Avtosfer.az Palataya istinadən xəbər verir ki, audit 2023-cü ili əhatə edib.
Ötən il üçün Ali Məclis üzrə 6,3 milyon manat proqnozlaşdırılıb, 4,3 milyon manat xərc icra edilib.
Audit zamanı müəyyən edilib ki, Ali Məclisin saxlanılması üçün ayrılmış vəsaitlərdən smetası rəsmiləşdirilməyən tədbirlərə, funksional fəaliyyətlə birbaşa əlaqəsi olmayan və xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə 78,9 min manat artıq vəsait xərc olunub, Ali Məclisin əməkdaşlarına artıq və qanunvericiliyin tələblərinə uyğun olmayan 79,2 min manat əməkhaqqı, əlavə və mükafatlar ödənilmiş və buna uyğun sığorta haqqı xərcləri hesablanıb, Muxtar Respublikanın Konstitusiyasının 19-cu maddəsinin 4-cü bəndinin tələbləri gözlənilmədən ödənişli fəaliyyətlə məşğul olduqları halda 35 deputatın statusu saxlanılıb və həmin şəxslərə 2023-cü ildə hesablanmış əmək haqqı xərcləri 312,2 min manat təşkil edib, Ali Məclisin saxlanılması üzrə vahid büdcə təsnifatının tələbinə əməl edilməyib, ümumillikdə 32,4 min manat və satınalma keçirilmədən isə 69,3 min manat xərc edilib, Ali Məclisin aparatı üzrə satınalma prosedurları həyata keçirilmədən, tələbatı əsaslandırılmayan və müvafiq qaydada rəsmiləşdirilməyən, tarixi, mədəniyyəti təcəssüm etdirməyən və xatirə xarakteri daşımayan hədiyyələrin və s. alınmasına 5,2 min manat vəsait birbaşa xərc edilib, təşkilatın xəzinə hesabından əlavə Naxçıvanın İnkişafı və Müdafiə Fonduna məxsus 31,5 milyon manat vəsait bank hesabında qalıq olaraq saxlanılıb.
Hesablama Palatasının Kollegiyası əsassız xərclənmiş vəsaitlərin büdcəyə bərpası, xərclərin düzgün rəsmiləşdirilməsi və qanunvericiliyin tələblərinə, eləcə də dövlət əmlakının təyinatına uyğun istifadəsi üzərində nəzarətin gücləndirilməsi barədə qərar verib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












