HHQ-nə 30 ədəd F-16 qırıcısı veriləcək

Bugün Brüsseldə Ukrayna və Belçika arasında ikitərəfli təhlükəsizlik və uzunmüddətli dəstəklə bağlı saziş imzalanıb. APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski "X" hesabında bildirib. "Baş nazir Aleksander De Kroo və mən Ukrayna və Belçika arasında ikitərəfli təhlükəsizlik və uzunmüddətli dəstək sazişi imzaladıq. Sənəddə Belçikanın bu il Ukraynaya ən azı 977 milyon avro məbləğində hərbi yardımı, habelə Belçikanın sazişin on illik müddəti ərzində ölkəmizə dəstək vermək öhdəliyi yer alır.
İlk dəfədir ki, belə bir razılaşma 2028-ci ilə qədər Ukraynaya təhvil veriləcək F-16 qırıcılarının dəqiq sayını - 30-u müəyyənləşdirir, ilk partiya isə bu il gətirilir.
Müqavilə Belçikanın vaxtında təhlükəsizlik yardımı, müasir zirehli texnika, Ukraynanın hava qüvvələri və hava hücumundan müdafiə ehtiyaclarını ödəmək üçün avadanlıq, dəniz təhlükəsizliyi, minalardan təmizləmə, artilleriya sursatları koalisiyasında iştirak və hərbi təlimlərə zəmanət verir. Sənəddə həmçinin müdafiə sənayesi sahəsində əməkdaşlıq, Ukraynanın Sülh Formuluna dəstək, Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi, dəymiş ziyanın ödənilməsi, Rusiyanın dondurulmuş aktivlərindən istifadə və iqtisadiyyatın bərpası nəzərdə tutulur. Ukrayna və Belçika həmçinin kəşfiyyat, kibertəhlükəsizlik və dezinformasiyaya qarşı mübarizə sahəsində əməkdaşlığı dərinləşdirəcəklər. Belçika da Ukraynanın gələcək Aİ və NATO üzvlüyünə dəstəyini ifadə edir", - Ukrayna dövlət başçısı bildirib.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












