Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

“Mission: Impossible” filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. Belə ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib.
Məlumata görə, çəkilişlər Britaniyada “Göl bölgəsi” Milli Parkında aparılır. Epizodlardan birindəki süjetə görə, İtan Hant rolunu oynayan aktyor kadrda paraşütlə enməlidir.
59 yaşlı sənətçi dörd sıçrayış edib, bu müddət ərzində çəkiliş qrupu Tom Kruzu tryuk zamanı ətrafda olan dronlardan qorumaq üçün yüksək tezlikli səs yayan cihazları işə salıb.
Yayılmış ultrasəs o qədər güclü olub ki, ərazidəki heyvanlara təsir edib, yaxınlıqda otlayan onlarla inək huşunu itirib. Texnologiya söndürüldükdən sonra heyvanlar özünə gəlib.
Hadisənin təhlükəsinə baxmayaraq, yerli sakinlər ulduzdan şikayət etməyiblər.///oxu.az
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı


















