"Instagram"dakı məşhur "İnvesta Əminə" TUTULDU - FOTO - VİDEO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların maddi vəsaitini və əmlakını talayan 24 yaşlı Cavid Mustafayev saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, o, "Instagram"da "investa_emine_qazanc" adlı səhifə yaradaraq müraciət edən şəxslərə kiçik yatırımlarla daha çox qazanc əldə etmək kimi şirnikləndirici, heç bir iqtisadi əsasları olmayan vədlər verib.
C.Mustafayev daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pullar alıb.
Analoji üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib. Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün təyin etdiyi yerlərə qoymalarını tələb edib.
Məhkəmənin qərarı ilə C.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müraciət edə bilərlər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident













