İcbari avtomobil sığortası üzrə nə qədər pul yığıb?

2021-ci ilin birinci rübündə sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 244 milyon 988,7 min manat, sığorta ödənişlərinin həcmi isə 145 milyon 344,7 min manat olub.
Avtosfer.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, sığorta haqlarının həcmi ötən ilin mart ayının göstəriciləri ilə müqayisədə 1,8 faiz, sığorta ödənişlərinin həcmi isə 1,9 dəfə artıb.
Belə ki, könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 155 milyon 648 min manat, icbari sığorta növü üzrə isə 93 milyon 340,7 min manat sığorta haqqı yığılıb.
Ötən ilin mart ayının göstəriciləri ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 3 faiz azalıb, icbari sığorta növü üzrə yığımlar isə 16,3 faiz artıb.
Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 104 milyon 330 min manata qədər, icbari sığorta növü üzrə isə 41 milyon 14,7 min manata qədər sığorta ödənişi edilib.
2020-ci ilin mart ayının göstəriciləri ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 1,8 dəfə, icbari sığorta növü üzrə isə 2,1 dəfə çoxalıb.
Əlavə edək ki, mart ayının göstəricilərinə görə könüllü sığorta ilə avtomobil sığortası üzrə 7 milyon 493,4 min manat (illik müqayisədə 1,6 dəfə az) sığorta haqqı, 3 milyon 281,3 min manat (illik müqayisədə 1,5 dəfə çox) sığorta ödənişi edilib.
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə isə 20 milyon 825,5 min manat (illik müqayisədə 7,5 faiz çox) sığorta yığımı, 14 milyon 790,5 min manat (illik müqayisədə 9,4 faiz az) sığorta ödənişi edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












