İctimai nəqliyyatda reydlər aparılır: Maska taxmayanlar cərimələnir

Bakıda ictimai nəqliyyatda tibbi maskadan istifadəni təşviq etmək məqsədilə yol polisi tərəfindən reydlərə başlanılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, ictimai nəqliyyat vasitələrində qanunvericiliyə uyğun reydlər keçirilir.
V.Əsədov bildirib ki, pandemiya qaydalarına uyğun olaraq ictimai nəqliyyatda tibbi maskalardan istifadə edilməlidir: “Reydlərin keçirilməsində məqsəd tibbi maskadan istifadəni təşviq etməkdir. Təkcə inzibati tənbeh tədbirləri görülmür, eyni zamanda, profilaktik tədbirlərin keçirilməsinə üstünlük verilir, təbliğat gücləndirilir, vətəndaşlara bu tələblərin yetirilməsinin vacibliyi vurğulanır.
Reydlərin keçirilməsində məqsədimiz vətəndaşları cərimələmək deyil. Bir daha vətəndaşlardan xahiş edirik ki, mövcud tələbləri yerinə yetirsinlər, özlərini və ətrafdakıları qorusunlar”.
Qeyd edək ki, artıq paytaxtın Nərimanov, Suraxanı və digər ərazilərində bu kimi tədbirlər həyata keçirilib.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












