İki doza vaksin olunmuş şəxsə üçüncü doza nə zaman vurulmalıdır? - AÇIQLAMA

Bir neçə gündür ki, ölkəmizdə koronavirusa yoluxma və ölüm sayının artması ilə bağlı əhalinin peyvəndlənməsi haqda həkimlər tərəfindən vətəndaşlara çağırışlar edilir. Mütəxəssislər pandemiyanın bitməsi üçün 70-80 faiz civarında insanın vaksinasiyadan keçməsinin zəruriliyini vurğulayırlar.
Səhiyyə nazirinin müavini Teymur Musayevin sözlərinə görə, ölkədə hər iki doza almış vətəndaşların sayı 35 faizdir.
Operativ Qərargahın sonuncu brifinqində TƏBİB-in departament müdiri Yaqut Qarayeva isə bildirib ki, hazırda reanimasiyaya düşən xəstələrin 96 faizi peyvənd olunmayanlardır. Həmçinin, o qeyd edib ki, süni tənəffüs aparatına qoşulanların da 97 faizi vaksin vurulmayanlardır:
“Vəfat edənlər arasında 99 faiz vaksin olunmayanlar aşkarlanır. Vaksinasiyadan keçmiş şəxslərin 0,6 faizində kritik vəziyyət müşahidə edilib”.
“Qafqazinfo” peyvəndlənmənin əhəmiyyəti ilə bağlı Türkiyədə yaşayan və koronavirusla mübarizədə ön cəbhədə mübarizə aparan həmyerlimiz, Hacettepe Universiteti Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulovanın fikirlərini öyrənib. O, gündəlik təcrübədə rastlaşdığı hallarla bağlı suallarımızı cavablandırıb.
T.Rəsulova qeyd edib ki, yeni variantların ortaya çıxmağı ilə yoluxma halları artır:
“Çünki hazırda xəstələrin hamısı “Delta” ştamı ilə yoluxmuş gəlir. Bu ştamın yoluxuculuğunun "Alfa" ilə müqayisədə 60 faiz daha çox olmasına baxmayaraq, Türkiyədə nisbətən effektiv peyvəndlənmə sayəsində mart ayındakından daha az yoluxma görürük.
.jpg)
Mənim şəxsən reanimasiyada qəbul etdiyim yaşlı və xroniki xəstəlikləri olan xəstələr əgər peyvəndlidirlərsə, gənc və xroniki xəstəliyi olmayan xəstələrdən daha müsbət kliniki nəticə göstəriblər. Reanimasiyaya düşən xəstələrin 95 faizdən çoxu vaksinasiya olunmayanlardır. Şəxsən qəbul etdiyim xəstələr içində peyvəndli olub vəfat edəni olmayıb".
Onun sözlərinə görə, əgər ikinci doza "Sinovac" vaksininin üstündən altı ay keçibsə, üçüncü doza vurulmalıdır:
“Çünki bu müddət ərzində peyvəndin qoruyuculuğu xeyli azalmış olur. Bu yaxınlarda Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca da açıqladı ki, üçüncü doza "Sinovac" vaksini vurduranlarda çox yüksək qoruyuculuq qabiliyyəti yaranıb.
Qeyd edim ki, peyvəndlərin hamısı qoruyucudur. Burada əsas lazım olan dozanı almaqdır. "Pfizer" vaksinini "Sinovac"la müqayisədə daha qoruyucu hesab etmək olar. Ancaq iki doza "Biontech" alanlarla üç doza "Sinovac" alanlar arasında qoruyuculuq yaxındır”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












