İlham Əliyev “Boeing Commmercial Airplanes” Şirkətinin prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də “Boeing Commercial Airplanes” Şirkətinin prezidenti və baş icraçı direktoru Stenli Dili qəbul edib.
Avtosfer.az xəbər verir ki, Stenli Dil dedi: “Boeing” şirkəti adından Azərbaycanla əməkdaşlıq məsələsində liderliyinizə görə Sizə təşəkkürümü ifadə etmək istəyirəm.
Prezident İlham Əliyev: Təşəkkür edirəm.
Stenli Dil: Biz Azərbaycanla bağlı bütün işləri həyata keçirə bilmişik.
Prezident İlham Əliyev: Bəli, artıq iyirmi ildən çoxdur.
Stenli Dil: Bəli, iyirmi ildir ki, iş birliyi aparırıq.
Prezident İlham Əliyev Azərbaycanın “Boeing” şirkəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi, bu əməkdaşlığın hava yollarımızın inkişafında rolundan danışdı. Dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərimizdə yeni hava limanlarının inşa olunduğu dedi və bu baxımdan təyyarə parkımızın genişlənəcəyini vurğuladı.
Prezident İlham Əliyev: Sizin də bildiyiniz kimi biz Azərbaycanda bir neçə hava limanı tikmişik və üç əlavə hava limanı da...
Stenli Dil: Tikilməkdədir?
Prezident İlham Əliyev: Bəli, işğaldan azad edilmiş ərazilərdə inşa olunacaq.
Stenli Dil: Bilirəm, bu, çox vacibdir.
Prezident İlham Əliyev: İki gün bundan əvvəl onlardan birinin təməlini qoydum. Tikintisinə bir neçə ay bundan öncə başladığımız birinci hava limanı isə sentyabrda istismara veriləcək.
Stenli Dil: İşlər çox sürətlə gedir.
Dövlətimizin başçısı, eyni zamanda, ölkəmizin yükdaşıma təyyarələri parkının potensialını da vurğuladı və bu sahədə də əməkdaşlıq üçün imkanları qeyd etdi.
Prezident İlham Əliyev: Əminəm ki, bizim uğurlu əməkdaşlığımız davam edəcək. Həmçinin siz bizə yükdaşıma üçün təyyarə parkının inkişafında da kömək etmisiniz.
Stenli Dil: Bəli, bu, çox vacibdir.
Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, Azərbaycan yükdaşıma təyyarələri parkının potensialına görə aparıcı ölkələr sırasındadır.
Stenli Dil: Elədir ki, var. 2020-ci ildə hava yolu ilə yükdaşımaları sahəsində ən yaxşı daşıyıcı olmaq şərəfinə nail olmağı, bu prosesin iyirmi il öncə başladığını və sizin bu sahədə artıq liderə çevrildiyinizi nəzərə alaraq bu, təqdirəlayiqdir.
Prezident İlham Əliyev: Bəli, hesab edirəm ki, bu, böyük nailiyyətdir. Çünki bizim regionda belə güclü yükdaşıma parkına o qədər də çox ölkə sahib deyil. Bu, bizə kömək edir və əməkdaşlığa xidmət edir.
Stenli Dil: Yükdaşıma bacarığına nail olmaq strateji bir məsələdir.
15 sentyabr: Paytaxtın hazırda hansı küçələrində sıxlıq var? - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
Paytaxtın bu küçələrində təmir işləri YEKUNLAŞIB
DTX-nin saxladığı tiktoker "Çevik"i hansı cəza gözləyir?
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərilib: Digər müttəhim kimdir?
Azərbaycanda İLK: Dövlət qurumlarında İŞ REJİMİ DƏYİŞİR
Bakıda marşrut xətlərinə REKORD SAYDA avtobus buraxılacaq
“Uşaqpulu”, pensiya, quru sərhədlər… – İlin sonuna kimi nələr dəyişə bilər?
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Xocəsən qəsəbəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Maşın bazarında parklanma qalmaqalı: 50 qəpik əvəzinə 5 manat istədilər - VİDEO











