İmişli sakini külli miqdarda narkotiklə saxlanılıb

İmişli rayon sakinindən külli miqdarda narkotik vasitə götürülüb.
APA-nın məlumatına görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş İmişli rayon sakini Hüseynli İbiş Adil oğlu qəbiristanlıqda gizli saxlanc yerindən bağlama götürərkən saxlanılıb. Bağlamaya baxış zamanı oradan 760 qram narkotik vasitə olan heroin, 980 qram psixotrop maddə olan metamfetamin və 1,585 kq narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, İ.Hüseynli 2017-ci ildə həbsdə olarkən İran İslam Respublikasının vətəndaşı ilə tanış olub. İ.Hüseynliyə zəng edən həmin şəxs rayonun Rəsullu kəndində bağlama olduğunu deyib. Birinci bağlamanı qəbiristanlıqdan götürərkən polis əməkdaşları tərəfindən saxlanılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












