İmişlidə naməlum kişi meyiti tapılıb - FOTO
Xəbərlər
16 İyul 2021 14:21

İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində yerləşən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Bəhrəmtəpə Hidroqovşağı İstismarı İdarəsinin fəaliyyət göstərdiyi ərazidə "Platina" adlanan Araz çayından ayrılan su qovşağında 60-70 yaşlarında naməlum kişi meyiti tapılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, onun ehtiyatsızlıqdan su qovşağına yıxılaraq boğulduğu ehtimal edilir.
Aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 171 santimetrdir. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin İmişli Rayon Polis Şöbəsinə (02124) 6-60-13 şəhər və 050-359-03-33; 055-231-00-32 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxunub : 1426
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ













