İmişlidə narkotik alverçisi saxlanıldı

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz saxlamaqda şübhəli bilinən rayon sakini Ruslan Səmədzadə və bir yeniyetmə saxlanılıb. Onların üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxslər narkotik maddəni Elvin adlı şəxsdən aldıqlarını bildiriblər.Şöbə əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin satışı ilə məşğul olan rayonun Yalavac kənd sakini Elvin Quliyev idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə saxlanılıb.
Onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildən "patı" və "şüşə" adlanan narkotik maddə - metamfetamin və heroin, eləcə də sellofan torbada və kibrit qutularında qablaşdırılmış qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












