İmişlidə oğurluqlar edən şəxslər saxlanıldı - FOTO

Bir qrup İmişli rayon sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək müxtəlif vaxtlarda onlara məxsus mağaza və evlərdən oğurluq edilməsi barədə məlumat veriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olan müraciətlərlə əlaqədar İmişli RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirləri keçirilib.
Nəticədə oğurluq əməllərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Araşdırmalarla onların əvvəllər məhkum edilmişlər İlkin Əliyev və Taleh Aşurov olduğu müəyyən edilib. Həmin şəxslərin pul, kontur, siqaret, xırdabuynuzlu heyvanlar oğurlamaqla ayrı-ayrı şəxslərə 5 min manatdan artıq ziyan vurduqları müəyyən edilib.
"Saxlanılanların rayon ərazisində digər cinayətlər törətmələri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə İmişli Rayon Polis Şöbəsinə və DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirlir", - Mətbuat xidmətindən bildiirlib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












