İmişlidə "patı" ilə tutulan şəxsin digər cinayət əməlinin üstü açılıb - FOTO

Narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə olan "patı" və "şüşə" adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.
F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.
Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.
İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.
Faktlarla bağlı İmişli RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.


Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












