İndoneziyada torpaq sürüşmələri və daşqınlar zamanı ölənlərin sayı 55-ə çatıb - YENİLƏNİB

İndoneziyada bazar günü başlayan torpaq sürüşmələri və daşqınlar zamanı azı 55 nəfər həlak olub.
“Report” “Sinxua”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələri üzrə Milli İdarəsi (BNPD) məlumat yayıb.
Agentliyin məlumatına görə, təbii hadisə zamanı daha 40 nəfər xəsarət alıb.
Daha əvvəl daşqınlar zamanı 44 nəfərin həlak olduğu bildirilib.
07:30
İndoneziyanın Şərqi Nusa-Tenqara əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Report xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələri üzrə Milli İdarəsi (BNPD) məlumat yayıb.
Məlumata görə, təbii hadisə zamanı daha doqquz nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.
Agentliyin məlumatına görə, fəlakət nəticəsində yüzlərlə ev dağılıb.
Qeyd edilir ki, hazırda axtarış-xilasetmə işləri aparılır. Hakimiyyət orqanları Açe, Sumatra, Mərkəzi Yava, həmçinin Cakartada və Cokyakartda leysan yağışlar barədə xəbərdarlıq ediblər.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












