“İnsanlar elə bilir ki, dəniz havası xeyirlidi ...” - Həkimdən ŞOK AÇIQLAMA

“Dənizdən gələn iy hidrogen sulfid qazının iyidir. Lax yumurta iyinə bənzəyir. Bu qaz əslində yüksək dozada güclü zəhərdir, öldürücü qazdır. Dəniz havasında olan dozası isə sadəcə başağrısı yaradır, gözləri qıcıqlandırır, burunu sulandırır, yuxululuq törədir və s”.
Ucnoqta.az xəbər verir ki, bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. O, iddia edib ki, dəniz havası düşünüldüyü qədər xeyirli deyil:
“Hidrogen sulfid qazı dənizdə yaşayan fitoplankton, dəniz yosunlarının bakteriyaları yedikdən sonra buraxdığı qazlardır. Məişətdə bu qazın iyi kanalizasiyadan da gəlir, eyni qazdır. Dəniz havasının yod məsələsinə gəlincə, yoda olan gündəlik tələbat əsasən yeməklərlə ödənilir, dəniz havasındakı yod gündəlik tələbat üçün olduqca azdır. Daha oksigenli – yaşıllıq olan ərazilərdə gəzmək daha məqsədəuyğundur.
Dəniz qırağı sakitlik baxımdan bəzi insanlara rahatlıq verə bilər. Amma dəniz havasının nəmişliyi və hidrogen sulfid xeyirli deyil, əksinə zərərlidir. Bir sıra ağciyər xəstəliklərinin, xüsusilə bronxial astmanı, allergik riniti, allergik bronxiti və s. kəskinləşdirə bilər. Dəniz qırağında, dənizin iyi hiss ediləcək qədər yaxınlığında yaşayan insanlar bu qazın uzunmüddətli mənfi təsirinə məruz qalır. Bulvarda qaçanları görəndə isə onların yerinə mən arıqlayıram”.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












