İnternetdən nə isə alanda ehtiyatlı olun - Sizi aldada bilərlər! - VİDEO

Onlayn satış saytı üzərindən işlənmiş kondisioner alan qadın dələduzluğa məruz qalıb. Qadın iddia edir ki, 500 manat pul ödəyib tanımadığı şəxsdən ikinci əl kondisioner alsa da, məişət əşyası işləmir.
Onlayn alış-veriş saytı vasitəsilə kondisioner alan qadın dələduzluqla üzləşib.
Paytaxt sakini Suqra Babayeva deyir ki, bir neçə gün əvvəl sayt vasitəsilə ikinci əl kondisioner almaq istəyib. Mənzilinin sahəsinə uyğun kondisioneri tapdıqdan sonra onu satan Vüsalə Hümbətova ilə qiymətdə razılığa gəliblər.
Kondisioner təxminən 1 saat sonra Suqra Babayevanın yaşadığı, paytaxtın Sabunçu rayonu Buzovna qəsəbəsi, ''Vişniyovka'' yaşayış massivinə göndərilib. Amma kondisioneri gətirən usta ev sahiblərinə bildirib ki, həmin məişət cihazı işləmir.
Adı dələduzluqda hallandırılan Vüsalə Hümbətova ilə biz də əlaqə saxlamağa çalışdıq. Ancaq onun telefonları cavab vermədi.
Zərərçəkmiş qadın üzləşdiyi dələduzluqla bağlı ərazi üzrə 14-cü polis bölməsinə müraciət edib. Bölmədən qadına bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılıb nəticəsi barədə məlumat vəriləcək.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












