İqtisadiyyat Nazirliyi yanında İctimai şuraya seçkilər başa çatıb

İqtisadiyyat Nazirliyi yanında İctimai şurada boş qalan 7 yer üçün 22 avqust 2021-ci il tarixində seçkilər keçirilib. Seçkilərdə 9 namizəd iştirak edib.
Səsvermənin nəticələrinə əsasən, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri - Azadov Elnur, Babayeva Səkinə, İsayev Fərid, Kərimov Nuran, Qaraşov Fərhad, Nuriyev Zakir və Vəliyev İlqar İctimai şuraya üzv seçiliblər.
Beləliklə, başa çatmış seçkilərin nəticələrinə əsasən, İqtisadiyyat Nazirliyi yanında İctimai şura aşağıdakı tərkibdə formalaşıb:
1. Ağayev Rövşən (“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliyi)
2. Azadov Elnur “Rieltorlar assosiasiyası” İctimai Birliyi
3. Babayeva Səkinə (“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” İctimai Birliyi)
4. Həsənov Rəşad (“İqtisadi və Sosial İnkişaf Mərkəzi” İctimai Birliyi)
5. Muradov Ədalət (ADİU Həmkarlar İttifaqı)
6. İsayev Fərid (“Alman-Azərbaycan Xarici Ticarət Palatası” hüquqi şəxslərin ittifaqı)
7. Kərimov Nuran (“Azərbaycanda Amerika Ticarət Palatası” İctimai Birliyi)
8. Qaraşov Fərhad (“Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyi)
9. Nuriyev Əliməmməd (“Şəffaflıq - Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyi)
10. Nuriyev Zakir (Azərbaycan Banklar Assosiasiyası)
11. Vəliyev İlqar (Vətəndaşların təşəbbüs qrupu)
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












