İrandan Xankəndinə aparılan gizli yükdə nələr var?

İranın Ermənistan üzərindən Qarabağa “yardım” göndərməsi haqda yayılan görüntülər təəccüblü deyil. İşğal dövründə Xankəndidəki separatçılarla geniş biznes əlaqələri quran, Qarabağı “pulların yuyulması” mərkəzinə çevirən ölkədən bəhs edirik.
Burada əsas məqam yüklərin nədən ibarət olmasıdır.
Rusiyadan Ermənistana göndərilən hərbi yük (zirehli gödəkçə aparan iki yük maşını) Gürcüstan tərəfindən buraxılmadı. Bu xəbərin ardınca İrandan Qarabağa “yardım” göndərildiyinə dair görüntülər yayıldı. İstisna deyil ki, İranın “yardım” adı altında apardığı yük Gürcüstandan buraxılmayan hərbi yükdür, yaxud həmin zirehli gödəkçələr bu “yardım”ın arasına “qarışıb”. O da istisna deyil ki, iki TIR dolusu zirehli gödəkçə Xankəndidəki separatçıların yaratdığı yeni silahlı qruplaşmalar üçün nəzərdə tutulur.
Tovuz döyüşlərində və sonrasında Rusiyadan Ermənistana daşınan hərbi yüklər Gürcüstan icazə vermədiyi üçün İran üzərindən aparılırdı. Görünür, eyni təcrübədən yenidən yararlanırlar.
İran “yardım” adı altında Qarabağa girişi ilə onu işğaldan azad olunmuş ərazilərin bərpasına haqlı olaraq yaxın buraxmaq istməyən Bakıya da mesaj verir.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












