Payızda karantin sərtləşə bilərmi? – AÇIQLAMA

Yaxın bir ay ərzində katrantin rejiminin sərtləşdirilməsini gözləmirəm. Təbii ki, karantin rejiminin sərtləşdirilməsi yoluxma sayından, epidemioloji vəziyyətdən asılı olacaq.
Avtosfer.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, karantin rejiminin sərtləşdirilməməsi üçün hər bir vətəndaşımız məsuliyyətli olmalıdır: "Yoluxma sayında artım hər bir vətəndaşı daha məsuliyyətli olmağa vadar etməlidir. Artıq 1.5 ilin praktikası göstərir ki, biz nə zaman karantin rejiminə əməl edirik, sosial məsafəni gözləyirik, maskadan istifadə edirik, təmasları azaldırıq yoluxma aşağı düşməyə başlayır. Nə zaman ki, təmaslar artır, eyni zamanda yoluxma da artır.
Xüsusilə, toyların başlanması, idman zallarının, restoranların və digər istirahət yerlərinin açılması bizim məsuliyyətimizi də aşağı saldı. Yoluxma saylarının azalması da insanlarımızı arxayınlaşdırdı, ancaq arxayınlaşmaq olmaz, əksinə, daha diqqətli olmalıyıq.
Vaksinasiyanın tempini bir az da artırmaq və daha ciddi şəkildə vaksinasiya prosesində iştirak etmək lazımdır. Nə qədər çox vaksinasiya olunsaq, o qədər də təhlükəsizlikdə olarıq".
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












