İranla dəmiryolu açılsa, Bakı nə qazanacaq?

İran Dəmir Yolları Şirkətinin baş direktoru Cabbar Əli Zəkəri qonşu ölkələrlə dəmiryolu əlaqələri qurmaqda maraqlı olduqlarını deyib. Tribunainfo.az xəbər verir ki, o, bu prosesin Tehran üçün prioritet məsələ olduğunu deyib.
Zəkəri qeyd edib ki, İran ərazisində beynəlxalq nəqliyyat dəhlizlərinin aktivləşdirilməsi, Əfqanıstan və Türkiyə də daxil olmaqla, qonşu ölkələrlə dəmir yolu əlaqəsi, hər növ tranzit və nəqliyyat əməliyyatlarının genişləndirilməsi və müştərilərin tələblərinə uyğun xidmətlər göstərilməsi prioritetdir.
Bundan başqa, o, yeni dəmiryol xətlərinin çəkildiyini, bu sırada Astara-Astara dəmiryolunun inşası üçün lazım olan addımların atıldığını vurğulayıb.
Qeyd edək ki, Astara-Astara dəmiryolu açılarsa, bu, İranı Azərbaycan üzərindən Rusiya ilə birləşdirəcək. Bu, digər tərəfdən Azərbaycan üçün də əlverişlidir. Çünki Hindistan və Çindən yüklərin quru yolla qısa müddətdə daşınması prosesi həyata keçirə biləcəyik. Həmçinin Azərbaycanın isti sulara, yəni Çabahar və Bəndər Abbas limanlarına birbaşa çıxış imkanları olacaq.
/tribunainfo.az/
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












