İrəvanda avtobus sürücüləri tətil elan etdi

İrəvanda avtobus sürücüləri tətil elan edib.
Avtosfer.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “İrəvan avtobusu” QSC-nin sürücüləri bu gün işə çıxmaqdan imtina ediblər.
İlkin məlumata görə, sürücülər iş şərtlərinin və maaşlarının nəzərdən keçirilməsini tələb edirlər.
Tətil səbəbindən paytaxtın müxtəlif hissələrində növbələr yaranıb, sakinlər bir neçə saatdır ki, nəqliyyat vasitəsi gözləməyə davam edir.
Qeyd edək ki, İrəvanda cari ilin mayında da oxşar hadisə qeydə alınıb. Sürücülər sözügedən QSC-nin direktoru vəzifəsini icra edən Samvel Nazaryanın fəaliyyətinə qarşı tətil elan etmişdi. Onlar şirkətdə uzun müddət işləyən bir neçə əməkdaşın işdən azad olunmasına etiraz edirdilər. İrəvan bələdiyyəsi bu zaman onların etirazını islahatları pozmaq cəhdi kimi qiymətləndirmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












