İşğaldan azad edilmiş ərazilərə qanunsuz olaraq daxil olmaq istəyənlər saxlanıldı - FOTO

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı maddələrdən tam təmizlənməmiş ərazilərə keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər həyata keçirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri nəzarət tədbirləri nəticəsində Zəngilan rayon sakini Vüsal Cəfərovun idarə etdiyi nəqliyyat vasitəsi prosedur qaydalarına uyğun olaraq yoxlama məqsədi ilə kommendant postunda saxlanılıb.
V.Cəfərov saxlanılan zaman polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq avtomobilə baxış keçirilməsinə mane olmağa çalışıb. V.Cəfərovun bu hərəkətlərini qarşısı alınıb, avtomobilin yük yerinə keçirilən baxış zamanı qohumu Rauf Cəfərovu orada gizlədərək qeyri-qanuni şəkildə işğaldan azad edilmiş ərazilərə keçirtməyə çalışdığı müəyyən edilib.
Hər iki şəxs saxlanılaraq Cəbrayıl RPŞ-yə gətirilib. Onlarla profilaktiki söhbətlər aparılıb, mina və partlayıcı vasitələrin insan həyatı üçün böyük təhlükə mənbəyi olması haqqında xəbərdarlıq edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı sürücü V.Cəfərov 15, qohumu R.Cəfərov isə 10 sutka müddətinə inzibati qaydada həbs edilib.

Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?












