""İsgəndər" raketinin mühərrik qovşağı dağılmır" - Mütəxəssisdən AÇIQLAMA

"Hər bir silah növünün öz markalanma xüsusiyyətləri var".
Bunu Milli.Az-a açıqlamasında Şuşada müəmmalı şəkildə aşkar edilən "İsgəndər M"-lərlə bağlı məsələni şərh edərkən radiotexnika üzrə mütəxəssis Vüqar Seyidov deyib.

O bildirib ki, Şuşada tapılan "İsgəndər-M"in müharrikləri haradasa düşüb qalıb:
"Hər bir hərbiçi bütün silahların necə markalanmasını bilə bilməz. Ona görə də bu raketlərin eynən "İskəndər-M" olması mənim üçün tam yəqin deyil. Çünki bu iki raketin cəmi bir qovşağı fərqli olur. Mühərrik qovşağı. Bir qovşağa görə bütün raketdə markalanmanı dəyişməyin nə mənası var?

Hər qovşağı müxtəlif müəssisələr buraxır və bir yerdə yığılır. Ayrı-ayrı qovşaqları istehsal edən müəssisələr məncə heç bir fərqi olmayan qovşaqlara eyni markanı yazacaq, tək mühərrik istehsal edən zavoddan başqa. Əgər mühərrik 9K723 markası ilə tapılsaydı, onda daha dəqiq demək olardı. O halda sonrakı fikirləri yürütmək olar. Bu raketdə mühərrik qovşağı əsasən dağılmır. Haradasa düşüb qalıb".

Xatırladaq ki, "İsgəndər" raketlərinin bu qalıqları martın 15-də Şuşa şəhərinin minalardan təmizlənməsi zamanı aşkar edilib. Raketin qalıqları bir-birindən 780 metr məsafədə olub. Aparılmış təhqiqat nəticəsində məlum olub ki, Şuşa şəhəri istiqamətində "İsgəndər-M" raketi buraxılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












