İsmail Demir: “Daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik”

“Müdafiə sənayesində pandemiya səbəbindən layihələrimizdə fasilələr olmadı”.
Avtosfer.az xəbər verir ki, bunu “TRT Haber”ə müsahibəsi zamanı Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir söyləyib.
“Müdafiə sənayesində pandemiya dönəmini “dayanmaq yoxdur, yola davam” şüarı çərçivəsində keçirdik. Təbii ki, tədbirləri maksimum səviyyədə alaraq məsafə və digər şərtlərə əməl etdik. Bir az yavaşlama oldu, amma layihələrimizdə fasilələr olmadı. Dayanmadan məhsulların təhvil işlərini həyata keçiririk. Layihələrimiz davam edir. Zərbə PUA-larını istifadə etdik, amma rəqiblərimiz bunların imkanları ilə bağlı bir fikrə sahib oldular. Dayansaq, gəlib çatarlar. Buna görə də daha yaxşı zərbə PUA-ları düzəltmək istəyirik, bunun üçün çalışırıq. Dayanmaq olmaz, mütləq yeni texnologiyalara baş yormaq lazımdır”, - o qeyd edib.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












