İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTO - VİDEO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirlərlə 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb. Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.
Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğu Salman saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident



















