İsmayıllıda elektron qolbaq daşıyan şəxs evdən 18 min manat pul oğurlayıb - FOTO

İsmayıllı rayonu Qalagah kəndi ərazisində yerləşən fərdi yaşayış evindən 18 min manat pulun və qızıl-zinət əşyalarının oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə,polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunduğu üçün elektron qolbaqla təchiz edilən İlqar Zeynalov və əvvəllər məhkum olunmuş Xəyal Məmmədov saxlanılıb.
Araşdırma zamanı həmin şəxslərin oğurluq etdikdən sonra Bakı şəhərinə getdikləri və cinayət yolu ilə əldə etdikləri pulun bir qismini orada öz əyləncələri üçün xərclədikləri məlum olub.
Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edib, pulların və qızılların bir hissəsi onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO












