İsmayıllıda heroin alverçisi saxlanılıb - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı əməliyyat tədbiri keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda və saxlamaqda şübhəli bilinən rayon sakini Əmrah Həsənov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 0,3 qram narkotik vasitə olan heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxsin ətrafında davam etdirilən tədbirlərlə onun həmin heroini 10 manata Zakir adlı şəxsdən aldığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayonun Mican kənd sakini Zakir Niftalıyev də şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan satış məqsədilə üzərində gəzdirdiyi 18 ədəd kağız bükümdə heroin aşkar olunub. Həmin şəxsin yaşadığı ünvana baxış keçirilən zaman oradan da eyniadlı narkotik vasitə aşkarlanıb və qablaşdırılaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?















