İsmayıllıda meşədə narkotik becərən şəxslər saxlanılıb - FOTO
Xəbərlər
3 Avqust 2021 16:13

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyasına qarşı əməliyyat tədbiri həyata keçirib.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, rayonun Göytəpə kəndi ərazisindəki meşə massivində çətənə kollarının becərilməsi barədə polisə əməliyyat məlumatı daxil olub.
Həyata keçirilən tədbirlər nəticəsində həmin yerdə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Namiz Mirzəliyev və Tərlan Mamedov elə “iş başında” saxlanılıb. Əraziyə baxış zamanı oradan 41 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik tərkibli bitkiləri həm şəxsi istifadələri, həm də satmaq məqsədilə becərdikləri məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb, Namiz Mirzəliyev və Tərlan Mamedov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.


Oxunub : 1082
DİGƏR XƏBƏRLƏR
16 Noyabr 2026 22:50
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
16 Noyabr 2026 20:37
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
16 Noyabr 2026 20:05
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
16 Noyabr 2026 18:30
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
16 Noyabr 2026 12:36
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
15 Noyabr 2026 19:20
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
15 Noyabr 2026 16:46
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
13 Noyabr 2026 20:40
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
13 Noyabr 2026 19:33
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
12 Noyabr 2026 22:22
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
12 Noyabr 2026 21:54
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
12 Noyabr 2026 19:50
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
ŞƏRH YAZ












