İtkin düşən hərbçimiz Ermənistanda həbs olunub? - Rəsmi AÇIQLAMA

Ermənistan Milli Təhlükəsizlik Xidmətində Azərbaycan hərbçisinin sərhədi keçməsi ilə bağlı faktiki məlumat yoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti "Azatutyun"a bildirib.
Bildirilib ki, yeni məlumatlar əldə olunarsa, əlavə dəqiqləşdirmələr aparılacaq.
Qeyd edək ki, erməni teleqram kanallarında azərbaycanlı hərbçinin Ermənistanda həbs edilməsi barədə xəbərlər yayılıb.
***
10:36
Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Hüseynov Ceyhun Tofiq oğlu iyunun 9-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Günnüt yaşayış məntəqəsi istiqamətində naməlum şəraitdə itkin düşüb.
Avtosfer.az-ın məlumatına görə, erməni mətbuatı itkin düşən hərbçimizlə bağlı bir sıra iddialar irəli sürüb.
Bildirilir ki, hərbçimiz Ermənistan sərhədini keçib və saxlanılıb. Məlumatı ermənilərin teleqram kanalları da yayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidməti hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
(modern.az)
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












