İyul ayında gözlənilən maqnit fırtınaları XƏBƏRDARLIĞI

İyulun hansı günlərində Yer kürəsində maqnit fırtınalarının gözlənildiyi məlum olub.
Lent.az xarici mediaya istinadla bildirir ki, Günəşin aktivliyinin artdığı həmin günlərdə xroniki xəstəlikləri, eləcə də orqanizmi hava dəyişikliklərinə kəskin reaksiya verən insanların ehtiyatlı olmaları məsləhət görülür. Həqiqət budur ki, maqnit fırtınası əhval-ruhiyyənin pisləşməsinə də səbəb ola bilər.
İyul ayında maqnit fırtınalarının çox olacağı ilə bağlı xəbərdarlıq da edilir.
İlk fırtınalar ayın əvvəlində baş verəcək. İyulun 4 və 5-də baş verəcək maqnit fırtınası dörd bala çatacaq.
Mürəxəssislərin məlumatına görə, ikinci dalğa iyulun 9 və 10-da olacaq. Təbii hadisələrin zərbələrinin bir qədər zəif olacağı və üç balı keçməyəcəyi gözlənilir.
Üçüncü dalğa ayın 12-si və 13-nə proqnozlaşdırılır. Bu günlər ciddi bir sınaq olacaq. Buna səbəb planetar indeksin normanı üç dəfə üstələməsi, təsir gücünün isə dörd ballıq olmasıdır. Bu, iyul ayının ən güclü zərbəsi olacaq.
Zəif maqnit qasırğası iyulun 29-da gözlənilir.
Qasırğanın təsirini azaltmaq üçün bu fenomenə hazırlaşmaq daha yaxşıdır.
Kifayət qədər yatmaq, yüngül qidalara üstünlük vermək, ürək-damar sistemini çox yükləməmək tövsiyə olunur. Bu dövrlərdə ağır fiziki yüklənmədən imtina etmək məsləhətdir.
Mütəxəssislər belə günlərdə qarşıdurmalardan və çətin qərarlardan çəkinməyi məsləhət görürlər.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












