İyulun 1-dən ... - Türkiyə DİN məlumat yayıb

Türkiyənin Daxili İşlər Nazirliyi iyulun 1-dən etibarən ölkədə yeni növ koronavirusa (COVID-19) qarşı aparılan mübarizə tədbirləri çərçivəsində tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı sərəncam imzalayıb.
APA-nın yerli bürosunun Türkiyə DİN-ə istinadla verdiyi məlumata görə, sərəncamda bildirilib ki, iyulun 1-dən fəaliyyətlərinə fasilə verilən bütün iş yerləri, o cümlədən kinoteatrların fəaliyyəti bərpa olunacaq.
Sərəncama görə, kafe, restoran və digər yeməkxanalarda müştəri məhdudiyyəti qoyulmayacaq, qonaq evləri COVID-19-la mübarizə tədbirləri çərçivəsində sosial məsafə, maska və gigiyenik qaydalara əməl olunmaq şərti ilə ənənəvi qaydada fəaliyyətinə başlayacaq. Nikah salonları, şadlıq evlərinin qapalı məkanlarında tətbiq olunan COVID-19-la mübarizə tədbirləri xaric, qonaq sayında məhdudiyyət qoyulmayacaq, konsert salonları və festivalların fəaliyyətinə müəyyən edilmiş tədbirlər çərçivəsində icazə veriləcək.
Cayxana, kafe kimi yerlərdə oyun oynanılması ilə bağlı məhdudiyyətlərə də iyulun 1-dən son qoyulacaq.
Parklar, bağçalar, düşərgələr, gəzinti, istirahət yerlərində tətbiq olunan məhdudiyyətlər də aradan qaldırılacaq.
Bununla yanaşı, qəlyan salonları və qəlyan istifadə edilən kafelərin fəaliyyətinə verilən fasilə yeni qərar qəbul edilənə qədər qüvvədə olacaq, qəlyan xidməti göstərilməyəcək.
Banqladeş, Braziliya, Cənubi Afrika, Hindistan, Nepal və Şri-Lankadan gələnlər və son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin də gələn aydan sona çatacaq.
Əfqanıstan və Pakistandan Türkiyəyə gələnlər və ya son 14 gündə bu ölkələrdə olanlar üçün məcburi karantin müddəti isə gələn ayın 1-dən 10 günə endiriləcək.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












