“Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət"

"Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə"
Son günlər Azərbaycanda turizm sektorunda olan bəzi iaşə obyektlərinin tətbiq etdiyi qaydalar müştərilər tərəfindən narazılığa səbəb olur. Restoranların şortik geyinənləri içəri buraxmaması, otellərin nikah kağızı tələb etməsi kimi qeyri-standart qaydalar ictimaiyyət tərəfindən birmənalı qarşılanmır və müzakirələrə gətirib çıxarır.
Tez-tez bölgələrə səfər edən jurnalist Azər Qərib də məsələ ilə bağlı təəssüratını paylaşıb. O bildirib ki, obyektlər vahid qiymətlə yox, müştərinin sosial statusu və maddi vəziyyətindən asılı olaraq göstərdikləri xidmətə görə qiymət təyin edirlər:
“Halal arvadı ilə gələnə bir qiymət, haram məşuqəsi ilə gələnə başqa qiymət. “Jiquli” ilə gələnə bir qiymət, “Bentley” ilə gələnə digər qiymət. Şortiklə gələnə əlavə ödəmə...Ərəblərin isə ümumiyyətlə, mərhəmətə zərrə qədər də şansları yoxdur, tanış gəlir?
Bəli, Azərbaycanın bir çox restoran və kafelərində menyu söhbəti yoxdur, ələlxüsus, bölgələrdə. Ofisiantlar gələn müştərini gözləri ilə skan edirlər. Harada işləyir, maaşı nə qədərdir, “konvert”də nə qədər alır, neçə faiz “otkat”la işləyir, öz pulunu xərcləyir, yoxsa əxlaqlarında ciddi problemləri olan bu qızları qayınatasının puluna yedizdirir?! Dərhal beyinlərində növbəti qurbanın vergi deklarasiyasını doldururlar”./marja
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












