Jurnalist qələminə hörmət edib haqqı-ədaləti qorumalıdır - VİDEO

Bir müddət bundan əvvəl ayrı-ayrı media qurumlarında, xəbər kanalında və s. Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyevin və müavini Yusif İsmayılovun işgüzar nüfuzuna hansısa formada xələl gətirə biləcək məlumatların yayımlanması, sanki əksəriyyətin hiddəti, kəskin narazılığı ilə qarşılanmışdır. Buna əsas səbəb, adı çəkilən bu dövlət qurumu ilə bağlı bəzi jurnalistlərin əsası olmayan açıqlamaları yayıb ictimaiyyəti çaşdırmaları olmuşdur. Bir anlığa diqqət yetirək ki, “çörəyi daşdan çıxan” jurnalistlərdən bir çoxu elə hallar olur ki, “ağa qara, qaraya ağ” deyib məşğul olduğu sahəyə ləkə gətirməklə məşğul olurlar. Bu da təəssüf doğuran hal olur. Məsələn, Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə bağlı yayılan məlumatların birində Yevlax rayonu, Lək kənd sakini Məmmədov Yasin Əlisa oğlunun TV-23 kanalına göndərdiyi video-materialdan bəhs olunmuşdur. Yəni, adı çəkilən bu şəxs avtomobilinin qeydiyyatı ilə bağlı Yevlax “Mero”sunda olarkən, hansısa dələduzun “toruna düşür”. O halda Yasin Məmmədov elə düşünür ki, bu cür çirkin oyunların müəllifi polis polkovnik-leytenantı Cavanşir Vəliyevdir. Amma, sonradan bəlli olur ki, bu heç də belə deyil. Yəni, bu yöndə TV-23 kanalında müəyyən açıqlama yayımlansa da, sonrakı həqiqətlər üzə çıxır və çox keçmir ki, zərərçəkən şəxsin özü adı çəkilən kanalda çıxış edib 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsi ilə bağlı hansısa narazılığının olmadığını ifadə edir. Təəssüf doğuran hal odur ki, bir müddətdən sonra bəzi jurnalistlər Yasin Məmmədovun ilk əvvəl TV-23 kanalına göndərdiyi video-materialı əllərində bayraq edib, bu yöndə hansısa maraqlarını güdməyə çalışırlar. Əslində bu cür addımların atılması şərəfli Azərbaycan jurnalistikasına gətirilən ləkədir, böyük bir üzqarasıdır. Odur ki, özünü jurnalist hesab edən hər kəs daha yaxşı hal olar ki, öz əməli və atdığı addımı ilə çalışdığı sahəyə üzqaralığı yox, üzağlığı gətirsin. Eyni zamanda, Yevlax rayonu 7 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Cavanşir Vəliyevə və müavini Yusif İsmayılova qarşı başladıqları “qara piar”a da son qoysunlar!
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
DYP xəbərdarlıq edir, lakin yenə məktəblərin önündə avtomobil növbələri yaranır - EKSPERT
Bakıda polislər bədbəxt hadisənin qarşısını aldı - VİDEO
Yanğın təhlükəsi olan “Golden Street” bağlandı - FOTO - VİDEO
Ermənistan tender elan etdi - Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xətti bərpası olunacaq
"Azərbaycan Qazaxıstan və Özbəkistanla yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir" - İlham Əliyev
Dövlət qurumunda vəzifəli şəxslə bağlı qalmaqal - GÖRÜN NƏLƏR EDİBMİŞ...
Prezident Türkmənistana işgüzar səfər etdi - FOTO - VİDEO
Yağışlı havada piyadaya su sıçratmaq: sürücü hansı halda cərimələnir?














