Jurnalistlərin vaksinasiyası ilə bağlı tapşırıq

Azərbaycan Mətbuat Şurasının “COVID-19” xəstəliyi əleyhinə vaksinasiyanın aparılması ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinə ünvanladığı müraciət aidiyyatı üzrə Azərbaycan Respublikasını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində baxılıb.
Mətbuat Şurasından Avtosfer.az-a verilən məlumata görə, agentlikdən Şuraya daxil olan məktubda jurnalistlərin vaksinasiya olunması ilə əlaqədar müvafiq tapşırığın verildiyi bildirilir. Məktubda həmçinin vaksinasiya olunacaq jurnalistlərin siyahısının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təqdim edilməsinin vacibliyi vurğulanıb.
Mətbuat Şurası bununla əlaqədar olaraq KİV redaksiyalarından yaşı 18-dən yuxarı olan və vaksinasiyadan keçməyən əməkdaşlarının siyahısını Şuraya ünvanlamağı xahiş edir. Siyahı redaksiyanın rəsmi blankında olmalı və möhürlə təsdiqlənməlidir. Orada vaksinasiya olunacaq jurnalistlərlə bağlı aşağıdakılar yer almalıdır:
1. Adı, soyadı, atasının adı;
2. Doğum tarixi;
3. Şəxsiyyət vəsiqəsinin rekvizitləri (seriya və nömrə və ya fin kod);
4. Əlaqə vasitələri (şəhər telefonu və mobil telefon).
Siyahı şəxsən də, Mətbuat Şurasının [email protected] və [email protected] elektron poçt ünvanlarına da (PDF faylda skan olunmuş formada) göndərilə bilər.
Mətbuat Şurasından əlaqələndirici şəxs Əvəz Rüstəmov: (012) 441 35 30; (050) 206 96 02
Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası KİV redaksiyaları tərəfindən daxil olmuş siyahıları ümumiləşdirib TƏBİB-ə təqdim edəcəkdir. Bundan sonrakı prosedur da tərəfimizdən diqqətdə saxlanılacaq.
Mətbuat Şurası KİV rəhbərlərinə müraciət edərək onları əməkdaşlarının vaksinasiya olunması prosesinə həssas yanaşmağa, bununla bağlı nəzərdə tutulan proseduru mümkün qədər tez bir zamanda icra etməyə çağırır.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












