Kanadada son 84 ilin ən yüksək temperaturu qeydə alınıb

Kanadanın qərb bölgəsini cənginə alan isti hava dalğası səbəbindən ölkədə son 84 ilin ən yüksək temperaturu qeydə alınıb.
Avtosfer.az Trend-ə istinadən bildirir ki, Kanada Meteorologiya Xidmətinin açıqlamasına görə, ölkənin Britiş Kolumbiya əyalətində ötən gün 46,1 dərəcə istilik müşahidə edilib.
Anomal hava şəraiti səbəbindən əyalətdə restoran, pərakəndə ticarət mərkəzləri və bəzi məktəblər bağlanıb. Həmçinin koronavirus əleyhinə peyvənd vurdurulan klinikalar belə prosesi təxirə salıblar. Digər tərəfdən qar təbəqəsinin də gözləniləndən daha sürətlə əriməsi su səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Bu səbəbdən bir çox ev təxliyə edilib.
Qeyd edək ki, Kanada tarixində bundan əvvəlki rekord temperatur müsbət 45 dərəcə olmaqla 1937-ci ilin iyulunda Saskaçevan əyalətində qeydə alınıb.
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX












