"Kanal 11"-in rəhbərinə 8 il cəza verildi

“Kanal 11” internet televiziyasının direktoru Teymur Kərimov və onunla birlikdə mühakimə olunan İstək Totiyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Teymur Kərimov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən İstək Totiyeva iki il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, Teymur Kərimov və İstək Totiyevanın barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu yolu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham elan edilib.
İttihama görə, Teymur Kərimov və İstək Totiyeva hədə-qorxu yolu ilə zərərçəkmişlərdən pul tələb etməkdə təqsirli bilinirlər. İstək Totiyevanın barəsində cinayət işi başlanılıb, başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə Leyla Gülməmməd qızı Almaszadə və Fərrux Yaşar oğlu Ələkbərov zərərçəkmiş qismində tanınıblar.
“İçərişəhər–Həzi Aslanov” xəttində dəyişiklik sıxlığa necə təsir edəcək?
Bakı–Quba yolunda beton baryerlərin yeri qanunsuz dəyişdirilib - VİDEO
Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO












